Otuz ildən sonra həqiqi sülhün bərqərar olması misilsiz bir hadisədir | Icma.az
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Artıq 56-cı dəfə təşkil edilən Dünya İqtisadi Forumu 1971-ci ildə Klaus Şvab tərəfindən yaradılıb və hər il Davosda keçirilən toplantılar siyasət, iqtisadiyyat, biznes və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Yanvarın 19-23-də baş tutan 56-cı Davos İqtisadi Forumu artan geosiyasi risklər, yüksələn qlobal borclar və sürətlənən süni intellekt transformasiyası fonunda “Dialoq Ruhu” mövzusu ilə keçirilir.
Builki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 3 mindən çox nüfuzlu şəxs, o cümlədən 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə nazirinin, 33 xarici işlər nazirinin, 11 mərkəzi bank rəhbərinin və ümumilikdə 400-ə yaxın yüksək səviyyəli siyasi lideri iştirak edir.
Bu, forumun tarixində hökumət nümayəndələrinin rekord səviyyədə təmsil olunduğu toplantı kimi qiymətləndirilir.
Bu da öz növbəsində beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.
Davos-2026 çərçivəsində 200-dən çox sessiyada qlobal iqtisadiyyat, geosiyasi parçalanma, texnoloji transformasiya, süni intellekt, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq mövzuları əsas müzakirə predmeti olmuşdur.
Forumun məqsədi mürəkkəbləşən qlobal şəraitdə dialoqu və qarşılıqlı anlayışı təşviq etməkdir.
Tam oxu
Xəbəri oxu