Otuz mindən çox abonentin qaz təchizatı dayandırılacaq

13.02.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Fevralın 17-də Mingəçevir və Yevlaxda qaz təchizatı dayandırılacaq.

Bu barədə Avtosfer.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən tarixdə qaz ölçü qovşağı üzərində quraşdırılmış baypas xətti təmir ediləcək Bu səbəbdən saat 10:00-dan təmir işləri başa çatanadək “Mingəçevir” QPS-dən qidalanan Mingəçevir şəhəri və 3 qəsəbəsində 30269 əhali və 521 qeyri əhali abonentinin və Yevlax rayonunun Hürüşağı, Tanrıqulular, Boşçalı kəndlərində 831 əhali abonentinin qaz təchizatı dayandırılacaq.

Oxunub 12

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью