Ov mövsümü başlayır

07.10.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu barədə Ölkə.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər:

“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью