Ov tüfəngindən açılan atəş nəticəsində öldü

18.11.2024

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biləsuvarda silahla ehtiyatsızlıq ölümə səbəb olub.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə Biləsuvar rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1990–cı il təvəllüdlü Mətləb Famil oğlu Nəhmədov yaşadıqları evdə ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

İlkin ehtimala əsasən, onun ölümünə səbəb olaraq ov tüfəngi ilə ehtiyatsız davranması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью