Ov tüfəngindən güllə yarası alan kişi ölüb

06.03.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Biləsuvar rayonunda ov tüfəngindən güllə yarası alan kişi ölüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью