Ova yalnız bu ərazilərdə icazə verilir AÇIQLAMA | Icma.az
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycanda yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində ov etməyə icazə verilir.
Həmin ərazilərdə həftənin cümə, şənbə və bazar günlərindən birində, yəni həftədə bir dəfə olmaqla ov edilə bilər.
Digər yerlərdə, o cümlədən xüsusi mühafizə olunan ərazilərin daxili və sanitariya-mühafizə zonalarında, sərhədyanı ərazilərdə, Xəzər dənizinin adaları, yaşıllıq sahələr, meşə əraziləri, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə ov qadağandır.
"Unikal" xəbər verir ki, bu sözləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.
Xidmət rəsmisi qeyd edib ki, ov etmək istəyən şəxs əvvəlcə mütləq ovçuluq bileti almalıdır ki, ov etmək hüququna sahib olsun.
Ovçuluq biletini əldə etmək üçün isə 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət olunmalıdır.
Ov etmək istəyən hər bir şəxs ovçuluq biletindən əlavə müvafiq regional ekologiya idarəsindən birdəfəlik ov icazə sənədi almalıdır.
Tam oxu
Xəbəri oxu