Ovçu dostunu qunduz hesab edərək güllələdi

27.04.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Tümen vilayətinin iki sakini gecə vaxtı ov üçün meşəyə yollanıblar.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, onlardan biri gecəgörmə cihazı taxıb və onun vasitəsilə gördüyü kölgəni qunduz hesab edərək atəş açıb.

Məlum olub ki, güllə yoldaşının qarnına dəyib. Yaralı xəstəxanada vəfat edib.

Ovçu saxlanılıb və cəzalandırılıb.

Kişiyə cəmi bir il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin o, öldürülən şəxsin ailəsinə 2 milyon rubl (təxminən 41 min manat) ödəməli olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью