Kulis.az saytına istinadən Icma.az xəbər verir. Kulis.az məşhur ingilis yazıçı, Nobel mükafatı laureatı Uilyam Qoldinqin "Milçəklər kralı" r
Ralf ot-ələfin arasına vurdu özünü, lağım açıb bir az da dərinə getdi. Əlindəki payanı düz böyründəcə yerə qoydu və qaranlıqda uzandı.
Yaddan çıxartmaq olmaz: lap erkən oyanmalıdır ki, vəhşiləri barmağına dolaya bilsin, onlara kələk gəlsin.
Heç özü də hiss eləmədi yuxu necə tez gəlib onu qaranlıq uçruma yuvarladı.
Oyansa da, gözlərini hələ açmamışdı və lap yaxınlıqdan eşidilən səslərə qülaq asırdı.
Gözünün birini açıb yanağından bir düyümlük məsafədəki torpağı gördü, barmaqlarıyla torpağı qamarladı; yarpaqların və budaqların arasından süzülən işıq düşürdü üstünə.
Hələ vaxt var idi və fikirləşdi ki, nə vaxtsa yuxuda gördüyü yıxılma və ölüm keçmişdə qalıb, indi səhərdir. Elə bu məqamda yenə səs eşitdi.
Sahil tərəfdən ulartı səsi gəldi, ovçulardan biri eyni ulartıyla cavab verdi, onların səsinə başqası səs verdi.