Ovçular üçün ən dəbdəbəli avtomobili təqdim edildi FOTOLAR

23.11.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

"Overfinch" atelyesi müasir "Range Rover" modelinin "Holland & Holland Edition" adlı xüsusi versiyasını təqdim edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobil eyniadlı ov avadanlığı istehsalçısı ilə əməkdaşlıq çərçivəsində yaradılıb və zəngin silah həvəskarları üçün nəzərdə tutulub. Eksklüziv SUV yalnız 25 ədəd məhdud sayda istehsal olunacaq. "Range Rover Holland & Holland Edition" standart modeldən yalnız özünəməxsus bəzəkləri ilə fərqlənir. Adi təkərlər xüsusi hazırlanmış 23 düymlük alternativlərlə əvəzlənib. Avtomobil yalnız bir rəngə - tünd yaşıl rənginə boyanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью