Ovçuluq təsərrüfatında güclü yanğın başladı

23.10.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb.

Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью