Ovçuluq təsərrüfatında güclü yanğın başladı Foto

21.09.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb.

Təsərrüfatın ərazisində quraqlıqla əlaqədar quru ot kütləsinin üstünlük təşkil etməsi yanğının tez zamanda genişlənməsinə səbəb olub.

Hadisə yerinə FHN-in Yanğından Mühafizə bölməsinin əməkdaşları və digər qurumlardan qüvvələr cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Surxay Şahbazov 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью