Ovechkin “Dinamo”ya qayıtmaqla bağlı sualı cavablandırdı

11.12.2025

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hokkey ulduzu Aleksandr Oveçkin “Dinamo”ya qayıdış ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Doğru.az xəbər verir ki, “Vaşinqton Kapitals”ın hücumçusu hazırda bu mövzunu gündəminə gətirmədiyini deyib. “Düzünü desəm, hazırda bu barədə düşünmürəm. Bütün diqqətimi mövsümə, növbəti oyuna yönəltmişəm və sonra nə olacağını görəcəyik”, – deyə o, RG-yə açıqlamasında bildirib.

Oveçkinin “Vaşinqton”la müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir. Bu mövsüm rusiyalı hücumçu 29 oyunda 14 qol və 15 assist olmaqla ümumilikdə 29 xal toplayıb.

Qeyd edək ki, Oveçkin yaxınlarda NHL matçı zamanı “Anaheim” oyunçusu ilə yaşanan dava ilə də gündəmə gəlmişdi.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью