Oveçkin 895 ci qolu vurdu! MHL rekordu yeniləndi

06.04.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu dəqiqələrdə davam edən "Aylenders" - "Vaşinqton" oyununda bütün hokkeysevərləri maraqlandıran hadisə baş verdi. Belə ki, qonaqların rusiyalı kapitanı Aleksandr Oveçkin 2-ci periodun 8-ci dəqiqəsində fərqlənməklə MHL-in müntəzəm çempionatında qol sayına görə yeni rekord müəyyənləşdirdi. O, kanadalı Ueyn Qretskinin uzun illər ərzində "həyatda olan" rekordunu (894) yenilədi. Oveçkin buna 1487-ci oyunda nail oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью