Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
MHL-in cari mövsümü ilə bağlı ən böyük intriqa, heç şübhəsiz, Aleksandr Oveçkinin Ueyn Qretskiyə məxsus rekordu nə vaxt qıracağı ilə bağlıdı.
“Vaşinqton”un çərşənbə günü “Florida”ya 6:3 hesabıyla qalib gəldiyi oyunda son qolu final fitinə 0,1 saniyə qalmış Aleksandr Oveçkin vurdu.
Şaybanı boş qapıya göndərən rusiyalı ulduz müntəzəm çempionatda qol sayını 878-ə çatdırdı.
O, dünən “Filadelfiya” ilə oyunda da fərqlənməklə Qretskidən geriliyi 15 qola endirdi.
39 yaşlı rusiyalı cari mövsümdə keçirdiyi 38 oyunda 40 (26+14) xal toplayıb.
MHL hər qoldan sonra Qretskinin rekordunun (894) nə vaxt yenilənəcəyi ilə bağlı proqnoz açıqlayır.
Qurumun saytında yer alan ən sox xəbərə görə, bu möhtəşəm hadisə aprelin 10-da gerçəkləşəcək.