Oveçkin fərqi üç qola endirdi!

05.04.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəli, hokkey dünyasının böyük həvəslə izlədiyi rəqabətin lap son pərdələrinə gəlib çıxmışıq.
"Football-plus.az" xəbər verir ki, “Vaşinqton”un rusiyalı ulduzu Aleksandr Oveçkin Ueyn Qretskinin birvaxtlar əlçatmaz görünən rekorduna (894) addım-addım yaxınlaşır.
Ovi son 10 gündə daha dörd qol vurdu. O, “Filadelfiya” ilə oyunda (3:2) hesabı açdı, “Vinnipeq”lə oyunda (2:3 OT) bərabərlik qolunu vurdu, “Baffalo” ilə oyunda (5:8) da komandasının 4-cü qoluna imza atdı.
Dünən səhər saatlarında isə “Vaşinqton” səfərdə “Boston”a qalib gəldi. 3 oyunluq məğlubiyyət seriyasını qıran paytaxt klubunun qələbəsinə Oveçkin qol və məhsuldar ötürmə ilə töhfə verdi. Rusiyalının hesabında artıq 891 qol var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью