Oveçkin NHL in yeni rekordçusu olub 895 qol

06.04.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elmontda (ABŞ) NHL мüntəzəm mövsümü çərçivəsində "Nyu York Ayleners" "Vaşinqton Kapitals"ı qəbul edir.

İdman.biz xəbər verir ki, hazırda ikinci hissə davam edir, hesab 2:1 meydan sahiblərinin xeyrinədir.

Paytaxt klubunun qolunu ulduz hokkeyçi Aleksandr Oveçkin vurub.

39 yaşlı rusiyalı hücumçu üçün bu qol karyerasında NHL-də 895-ci olub və o, Ueyn Qretskinin əfsanəvi rekordunu (894) yeniləyib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью