Oveçkinin hokkey kartı hərracda rekord məbləğə satıldı

24.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Rusiyalı hokkeyçi Aleksandr Oveçkinin avtoqrafının olduğu hokkey kartı hərracda rekord məbləğə satılıb.

Oxu.Az "Collectorclub"a istinadən xəbər verir ki, "Vaşinqton Kepitalz" komandasının kapitanı A.Oveçkinin kartı 381 min dollara satılıb.

Bu, hokkey kartlarının üçüncü ən böyük ictimai satışı və istənilən müasir hokkey kartları arasında ən yüksək göstəricidir.

Kart onun Milli Hokkey Liqasında debüt etdiyi 2005/2006-cı illər mövsümünə aiddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью