Overçuk: “Azərbaycanla iqtisadi əlaqələrimiz normaldır” | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat verir. AzVision.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi
“Bizim Azərbaycanla normal iqtisadi əlaqələrimiz var. Bunu təkrarlamaqdan heç vaxt yorulmuram.
Bu yaxınlarda biz Həştərxanda hökumətlərarası komissiya keçirdik və orada hər iki tərəf vurğuladı ki, bizim iqtisadi problemimiz yoxdur.
Biz bir-birimizi çox yaxşı başa düşürük və həm hökumətlərin iqtisadi blokları səviyyəsində, həm də müəssisələr və bizneslər səviyyəsində konstruktiv işləyirik.
Burada hər şey bizim üçün yaxşı gedir”, - Rusiya baş nazirinin müavini bildirib.
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı vəziyyəti də şərh edib.
- Bakı Naxçıvanla rahat əlaqəni təmin edəcək marşrutun bərpasına çalışır.
Amma Cənubi Qafqazda kommunikasiyaların açılması İrəvan üçün də sərfəlidir - bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədi bağlıdır, İranla əlaqə mövcuddur, amma oradakı yolun təmirə ehtiyacı var”, - Overçuk vurğulayıb.
Tam oxu
Xəbəri oxu