Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Paşinyan bu yaxınlarda bildirib ki, eyni zamanda Aİİ və Aİ-yə üzv olmaq mümkün deyil. Əgər nə vaxtsa, belə bir qərar qəbul olunarsa, o zaman əminəm ki, bu və ya digər istiqamətdə qərarların qəbuluna təsir edən müxtəlif amillər ölçüb-biçiləcək”, - Rusiya baş nazirinin müavini vurğulayıb.