GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqı (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü mümkün deyil.
Globalinfo.az xəbər verir ki, Overçukun sözlərinə görə, gec-tez ölkə bu iki istiqamətdən birini seçməli olacaq.
“Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına gəldikdə, bu məsələ barədə dəfələrlə fikrimizi bildirmişik. Biz hesab edirik ki, eyni anda iki inteqrasiya birliyində üzv olmaq mümkünsüzdür. Nə vaxtsa Ermənistan xalqı bu baxımdan seçim etməli olacaq,” – deyə Overçuk vurğulayıb.
Əliyar Xəlil