Overçuk: Ermənistanın aqibəti dekabrda bilinəcək

05.06.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Avrasiya İqtisadi İttifaqının (Aİİ) liderləri 2026-cı ilin dekabr ayına qədər Ermənistanın üzvlüyü ilə bağlı mümkün tədbirlər barədə hesabat alacaqlar.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində verdiyi müsahibədə bildirib.

"Məqsəd mümkün tədbirləri nəzərdən keçirmək və dekabr ayına qədər üzv dövlətlərin liderlərinə məlumat verməkdir, - deyə o əlavə edib. - Aydındır ki, həmişə olduğu kimi, bu cür hallarda müvafiq maraqlı üzv dövlətlərdən ibarət işçi qrup yaradılacaq. Avrasiya Hökumətlərarası Şurasının üzvlərinə - ölkələrimizin hökumət başçılarına - bu məsələləri nəzərdən keçirmək tapşırılıb. Onlar vəziyyəti qiymətləndirəcək və 2026-cı ilin dekabr ayında Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasına təkliflər təqdim edəcəklər". Dominos pizza


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью