Övlad gözləyənlərə ŞAD XƏBƏR 1500 manat veriləcək

04.11.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью