Övlad sahibi olmamaq bədbəxtlikdirmi? YENİ TƏDQİQAT | Icma.az
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elmi araşdırmalar övladı olmayan cütlüklərin yaşlandıqca peşmançılıq hissi keçirmədiyini sübut edib.
Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, uşaq sahibi olmağı seçməyən cütlüklər sonrakı həyatlarında verdikləri qərardan peşman olmurlar.
Miçiqan Dövlət Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, ştatda hər beş yetkin insandan biri uşaq sahibi olmağı planlaşdırmır.
“Plos One” elmi jurnalında dərc edilən araşdırmada 1000 nəfər yetkin insan arasında sorğu keçirilib və əldə edilən məlumatlar təhlil edilib.
İştirakçıların 20,9 faizinin uşaq istəmədiyi müəyyən edilib. Bu o deməkdir ki, 1,6 milyondan çox insan uşaqsız yaşamağı seçir.
Digər bir yeni tədqiqatda isə uşaq sahibi olmağın insanı mühafizəkar etdiyi bildirilib.
Psixologiya professoru və tədqiqatın həmmüəllifi Cennifer Uotlinq Nil qeyd edib ki, Miçiqan demoqrafik cəhətdən bütün Birləşmiş Ştatlara bənzəyir, ona görə də tapıntılar 50-60 milyon amerikalı üçün keçərli hesab edilə bilər.
Tam oxu
Xəbəri oxu