Övladımı da itirdim, pulum da batdı MƏHKƏMƏ AzPolitika onlayn siyasiictimai qəzet | Icma.a…
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidovanın vəkili iştirak etməyib.Hakim Azad Məcidov prosesin belə davam etməyindən yorulduğunu bildirib: "Prosesdən bir gün qabaq gah vəkil yazır ki, gəlmirəm, gah da Aynur Bayramova xəstələnir.
Onu bura gətirtmək üçün qabaqcadan bildiriş vermişik. Biraz məsuliyyətli olun. Burda insanların övladlarından söhbət gedir.
Onların borcları var, əziyyət çəkirlər".Aynur Bayramovanın vəkili etiraz edərək bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində problem olmağı ilə bağlı məhkəməyə vəsatətlər təqdim edib.Zərərçəkən Mənsumə Hacıyeva məhkəməyə verdiyi ifadəsində qeyd edib ki, Nuridə Seyidovaya və Aynur Bayramovaya Çinar Plazada pul verib: "Mən aptekdə işləyirdim.
Oradan dərman vasitələri alan bir xəstə mənə Aynur Bayramovanı tövsiyə elədi. Mənim qardaşımın oğlu da həmin xəstəlikdən əziyyət çəkir.
Yanvar-Fevral aylarında getdim Çinar Plazada hər iki şəxsə şikayətimi bildirdim. Dedim ki, Türkiyədə "NS Hospital"ında donor tapılıb.
Əməliyyat 83 min manatdır. A.Bayramova dedi ki, Nuridə Seyidovanın şirkətinin sponsorları var.
O, kömək edə bilər Talessimiya mərkəzində yanına müalicəyə getdiyimiz həkimlərdən Akif hoca da Aynura inana biləcəyini söylədi.
Tam oxu
Xəbəri oxu