Övladını dənizə atan qadının daha 3 uşağı var imiş Video

26.11.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda ana 3 günlük körpəsini dənizə atıb.

“Qafqazinfo”nun məlumatına görə, həmin qaıdının daha 3 övladı var imiş

41 yaşlı Pərvanə Eyvazovanın qonşusu bildirib ki, onlar arasında bir neçə dəfə mübahisəyə şahidlik edib:

“Bir ay əvvəl yoldaşı ilə bir yerdə görmüşəm. Pərvanə yoldaşı ilə birlikdə ata evinə gəlib-gedirdi. Hər ailədə olan adi söz-söhbət onlarda da olurdu. Ayrıldıqları haqda məlumatım yoxdur”.

Məlumata görə, Pərvanə Eyvazova ailə qurduqdan sonra Tükandan Binə qəsəbəsinə köçüb.

O, bir neçə il əvvəl rəsmi boşansa da, 3 övladı və həyat yoldaşı ilə birgə yaşayırmış.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью