Övladını məktəbə aparan qadını it DİŞLƏDİ

05.11.2024

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xırdalan şəhərində övladını məktəbə aparan qadın küçə itlərinin hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, hadisə Xırdalan şəhər 3 nömrəli məktəbinin yaxınlığında baş verib.

Qadının dediyinə görə, səhər saatlarında T.M. övladını məktəbə apararkən qəfildən küçə itlərinin hücumuna məruz qalıb. Ayağından yaralan qadın dərhal həkimə müraciət edib.

Qeyd edək ki, Xırdalan şəhərində küçə itləri tez-tez insanlara hücum edir.

Abşeron İcra Hakimiyyəti isə yalnız sığınacaq tikildikdən sonra küçə itlərinin şəhərdən yığışdırılacağını bildirib.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью