Icma.az, Lent az saytına istinadən bildirir.
Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual övladını zorla evləndirməyə düşən məsuliyyətlə bağlıdır.
Övladını zorla evləndirməyin cəzası nə qədərdir?
Lent.az xəbər verir ki, Azərbaycan Resapublikasının Konstituasiyasının 34-cü maddəsinə əsasən, nikah könüllü razılıq əsasında əldə edilir. Yəni, heç kəs zorla evləndirilə və ərə verilə bilməz.
Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən, zorla nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.