Icma.az bildirir, Qafqazinfo portalına istinadən. Bu yaxınlarda radikal müxalifətin nəzarətində olan media qurumlarından biri belə başlıqla
Bəlkə də həmin rektordan soruşan olsa ki, övladın neçənci sinifdə oxuyur və ya hansı ildə ailə qurmusan, duruxub, karıxıb qalar.
Amma baxın, “müəllim” tanımadığı jurnalist haqda necə bəlağətlə danışır, necə bülbül kimi ötür!
Ya dedi-qodu, ya donos, ya 700-lük çaxır, ya da sadəcə çay və kofe qonaqlığı müqabilində! Çay söhbətini niyə qabartdım?
Çünki mən, Avropa Şurası nümayəndə heyətinin tərkibində olarkən bəzi şeyləri öz gözlərimlə görmüşəm: Strasburqda, Plenar iclas salonu yerləşən binanın balaca bufeti vardı və bir də baxırdın, məsələn, ixtiyari ölkənin müxalifətçisi və ya hərdəmxəyal QHT sədri əlində kağız parçası, ora-bura fırlanır.
Fırlanır və ardınca hansısa deputata nəyisə imzalatdırır. Mətn hazır, redaktə hazır, torba hazır. Yəni, qalırdı bircə qol çəkmək.
Üstəlik, qol çəkəsi adama da yerindəcə 50 sentlik çay, 1 avroluq bulka almaq və bir az da söhbətə rəng qatmaq üçün insan hüquq və azadlıqları barədə yüngülvari hekayə qırıldadmaq yetərli idi ki, məsələ dərhal həllini tapsın.
Və...İndi də Belçika Nümayəndələr Palatası... İyulun 17-də qətnamə qəbul edib. Qətnamə də nə qətnamə. Söz yığını. İftira külliyyatı.