Övladlarımın atası ilə münasibətim yaxşıdır Rahidə

01.07.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Müğənni Rahidə Baxışova "Bir gün" verilişində qonaq olub.

AZXEBER.COM xəbər verir ki, sənətçi ayrıldığı həyat yoldaşından danışıb.

"Qadın yaxşı gününə ayrılmaz. Hələ tanımadım ki, qadın desin, xoşbəxtəm, amma ayrılıram. Yoldaşını atan kişilər, övladının üzünü görməyən atalar var. Hələ uşağını ataya göstərməyən qadın görmədim. Həyat yoldaşından ayrılsan da, övladına zaman ayırmalısan. Hərdən deyirlər, aliment göndəririk. Yox, diqqət də lazımdır. Bu, olmayanda uşaq travma alır.

Uşaqlarımla atasının münasibəti yaxşıdır. Övladlarıma görə ayrılsaq da danışırıq. Hər zaman deyirəm ki, atanızla danışın, bayramını təbrik edin. Sülh adamıyam. İki balam var, onları böyüdürəm. Artıq sevgi oyunlarında yoxam".

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью