Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Valideyn uşağın adına ev alıb. Uşaq hələ kiçikdir. İndi valideyn həmin evi satmaq istəyir. Bu mümkündürmü?
Gununsesi.info-ya bu barədə hüquqşünas Uğur Əliyev deyib:
“Azyaşlının adına qeydiyyata salınan əmlak onun mülkiyyətidir. Valideyn isə qanuni nümayəndədir. Satış üçün məhkəmədən ‘uşağın mənafeyinə uyğunluq’ barədə icazə alınmalıdır. Məhkəmə qiymətləndirir ki, bu satış həqiqətən uşağın mənafeyinəmi xidmət edir? Əgər müsbət qərar verərsə, notarial alqı-satqı bağlanır. Məhkəməsiz satmaq olmaz, çünki qanun uşağın hüquqlarını qoruyur”.
Afət
Gununsesi.info