Övladlarına verəcəyi mirası açıqladı

25.06.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari vəsiyyətini açıqlayıb. 

Axşam.az xəbər verir ki, "Rəngarəng" verilişinə gələn ifaçı var-dövlətini övladları arasında böldüyünü bildirib:

"İki övladım və 2 nəvəm var. İkinci nəvəm "baba" deyən kimi ona kart bağışlayacağam və içərisində müəyyən məbləğ olacaq. 18 yaşına çatana qədər orada qalacaq. O vaxta kimi 100 min manata yüksələr. Qızım xaricdə yaşayır. Onabir ev bağışlamışam, adına da keçirtmişəm. Qalan nəyim varsa, oğluma vəsiyyət edəcəyəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью