Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Restoranda ailəvi nahardan sonra övladları ilə birlikdə dayanacağa doğru hərəkət edən ata üçün gözlənilməz və duyğulu bir an yaşanıb.
Avtosfer.az xəbər verir ki, maraqlı hadisə xarici ölkələrdən birində yaşanıb.
Belə ki, yaşlı kişi dayanacaq yaxınlığında park edilən tanış bir avtomobili görərək dərindən nəfəs alıb və bir anlıq yerində donub qalıb.
Diqqətlə baxdıqda, bu avtomobilin illər əvvəl ona məxsus olduğunu anlayıb.
O, həmin nəqliyyat vasitəsini vaxtilə ailəsinin ehtiyaclarını qarşılamaq və övladlarını böyütmək üçün satmağa məcbur olmuşdu.
Kişi maşına yaxınlaşaraq xatirələrini övladları ilə bölüşüb – ailəvi səfərlər, ilk məktəb günləri və digər unudulmaz anlar göz önündə canlanıb.
Lakin onu daha da duyğulandıran hadisə az sonra baş verib. Qızı cibindən avtomobilin açarını çıxararaq atasına uzadıb.