Övladlarını sobaya ataraq öldürən anaya ömürlük həbs cəzası verildi

19.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-da 1 və 2 yaşlı uşaqlarını sobaya qoyaraq öldürən Lamora Williams, şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə qadının əvvəllər bir çox cinayətlərə görə məhkum edildiyini və psixoloji problemlərinin olduğunu açıqlayıb.

Hadisə 2017-ci ildə ABŞ -da baş verib.

Belə ki, uşaqların anası Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb.

Uilyams polisə verdiyi ifadəsində gün ərzində işdə olduğunu, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib. Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü bildirib və evdəki sobanın uşaqların üzərinə düşdüyünü iddia edib.

Məhkəmədə təqdim edilən dəlillərə görə, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırdığı iddia edilib. “İndependent”in məlumatına görə, yarılma hesabatında bildirilib ki, uşaqlar quru istidən və uzun müddət istiyə məruz qalmaqdan yaranan istilik dəyişiklikləri keçiriblər. Hesabatda “Bu səviyyəyə çatmaq çox uzun zaman tələb edir” ifadəsi işlədilib.

2 uşağını sobaya ataraq öldürdüyü bildirilən və əvvəllər 14 müxtəlif cinayətə görə məhkum olunan qadının psixoloji problemlərinin olduğu bildirilib. 

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью