Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yerli mətbuatda qeyd olunub ki, ilin 11 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 756 daşınmaz əmlak alıb. Ötən il bu rəqəm 780 idi.
Azərbaycan vətəndaşları daha çox Türkiyədə əmlaka üstünlük verir. Bunun da müxtəlif səbəbləri var.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarına 2011-ci ildən Türkiyədə əmlak almağa icazə erilib.
Elnur Azadov “İlk illər axın oldu. İkinci dəfə Azərbaycanda manatın qeyri-stabillik illərində 2015-2017-ci illərdə oldu.
Orta hesabla hər il 500-1000 nəfər Türkiyədə daşınmaz əmlak alır”-deyən ekspert qeyd edib ki, Türkiyə qardaş ölkə olduğu üçün Azərbaycan vətəndaşları daha çox Türkiyəyə üstünlük verir.
Ekspert hesab edir ki, Türkiyədə əmlak alan şəxslər Azərbaycanda bir neçə əmlak olan şəxslərdir və onlar artıq xaricə investisiya edirlər: “Gələcəyini Türkiyəyə bağlamaq istəyənlər də Türkiyədə əmlak alır.
Türkiyədə yaxın qohumları olan şəxslər, övladlarının Türkiyədə təhsil almasını istəyən şəxslər də Türkiyədə əmlak almağa üstünlük verir”.