Övladlıq verilən ailələrə qəfil yoxlama keçirilməlidir TƏKLİF | Icma.az
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Uşaqların Azərbaycanda qəyyumluğa götürülməsi ilə bağlı kifayət qədər qanunvericilik aktları mövcuddur.
Ailə Məcəlləsi və digər müvafiq normativ sənədlər bu prosesi hüquqi əsaslarla tənzimləyir.
Əgər qəyyumluğa götürmə xarici ölkə vətəndaşlarını da əhatə edirsə, bu halda da ayrıca prosedurlar mövcuddur və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin icra hakimiyyəti orqanları məsələyə müdaxilə edirlər".Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.O bildirib ki, əgər uşağı yerli vətəndaş qəyyumluğa götürürsə, bu zaman müraciət, məhkəmə qərarının icrası və sonrakı yoxlamalar da daxil olmaqla bütün mərhələlər qanunla müəyyən edilmiş qaydada həyata keçirilir:"Yəni, qəyyumluq sadəcə qərarla bitmir.!
Prosesin icrası və sonrakı nəzarət də xüsusi prosedurlarla aparılır.Bununla yanaşı, Azərbaycanda həm rəsmi, həm də qeyri-rəsmi qəyyumluq hallarına rast gəlinir.
Qeyri-rəsmi hallarda ailələr övladlarını qohumlarına, əmiyə, dayıya və ya digər yaxınlarına verirlər.
Bu praktika sovet dövründən bəri mövcuddur və xüsusilə bölgələrdə bu kimi nümunələrə rast gəlinir.
Ancaq belə hallarda sonradan uşağın böyüməsi ilə əlaqədar qohumlar arasında mübahisələr də meydana çıxır"Ekspert deyib ki, qanuni qəyyumluq isə yalnız müvafiq dövlət orqanlarının qərarı ilə mümkündür:"Bu zaman icra hakimiyyətlərinin ailə və uşaq problemləri şöbələri, həmçinin digər hüquqi qurumlar uşağın vəziyyətinə nəzarət edirlər.
Tam oxu
Xəbəri oxu