Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Barmaqların tam olaraq açılmasında çətinlik varsa, ovuc içində keylik hiss olunursa, bu, “Düpüytren kontrakturası” – ovuc fibromatozu adlı xəstəliyin əlamətləri ola bilər.
Bu barədə türkiyəli cərrah Kadir Uzel məlumat verib. O, jurnalistlərə açıqlamasında deyib ki, “Düpüytren kontrakturası”na daha çox kişilərdə
Əmələ gələn sərtləşmiş fibrotik maneə və düyün barmaqların açılıb-bükülməsini çətinləşdirir.
Səbəbi dəqiq bilinməyən bu xəstəlik əsasən, 40 yaşdan sonra, kişilərdə qadınlara nisbətən təxminən 10 dəfə çox rast gəlinir.
Diabet xəstələrində, epilepsiya, xroniki qaraciyər xəstəliyi olanlarda və alkoqol aludəçilərində bu fəsad daha çox müşahidə edilir.
Həkim bildirib ki, hər 2 əldə də yarana bilən bu xəstəliyin ilkin mərhələsində ovuc içində ağrısız düyünlər peyda olur.
Xəstəlik irəlilədikcə barmağın bükülməsi və tam açılmaması kimi şikayətlər yaranır.