Oxatan bürcü mövsümü başlayır

22.11.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Cebheinfo.az" xəbər verir ki, bu gün Oxatan bürcünün mövsümünə qədəm qoyuruq.

Noyabrın 22-dən dekabrın 21-dək davam edən Oxatan Qərb astrologiyasında bürclər zodiakının doqquzuncu işarəsidir və onun Yupiter planeti tərəfindən idarə olunduğu hesab edilir.

Oxatan bürcünün rəmzi oxatan fiqurudur. O, incəsənətdə çox vaxt kentavr (yarı insan, yarı at) obrazında təsvir olunur.

Təqdim olunan bu sənət əsərində kentavr Xiron Troya müharibəsinin məşhur qəhrəmanı Axillesə kamanla ox atmağı öyrədir.

Bu eksponatı Britaniya muzeyindəki 46-cı sərgi zalında görmək mümkündür.

Kameo. Sardoniks daşı və qızıl. Təxminən XVI əsr.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью