Oxatanlarımız Asiya Kubokunun II mərhələsində

22.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

24-29 oktyabr tarixlərində İraqın Süleymaniyyə şəhərində kamandan oxatma üzrə 2026-cı il Asiya Kubokunun II mərhələsi – Dünya reytinq turniri keçiriləcək. 19 ölkə təmsilçilərinin iştirak edəcəyi beynəlxalq yarışda Azərbaycan millisi 5 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, milli komandanın heyətinə Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva daxildir.

İdmançılar açıq havada, 70 metr məsafədə recurve (klassik yay) növü üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar. Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью