“Oxu!“ Əmri: İslamın İlk Mesajı və İnsanın İdrakı | Icma.az
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rəcəb ayı, İslam təqviminin üç möhtərəm ayından biri olaraq qəbul edilir və dörd haram aydan biridir.
Haram aylar dedikdə, bu aylarda hər cür münaqişə və zorakılıq qadağan olunur, toxunulmazlıq təmin edilir.
Rəcəb ayı həm də xüsusi mənəvi əhəmiyyəti ilə seçilir” Bunu Moderator.az-a din xadimi Ağa Hacıbəyli deyib.
Onun sözlərinə görə, bu ayın ən diqqətçəkən xüsusiyyətlərindən biri içində yerləşən böyük gecələrdən biri – İsra və Merac gecəsidir.
Merac hadisəsi, Peyğəmbərimiz Məhəmmədin (s.ə.s) Məscidül-Haramdan Məscidül-Əqsaya, ordan isə səmavi aləmlərə yüksəlişi ilə baş verir.
Bu möcüzəvi hadisə Qurani-Kərimin İsra surəsinin ilk ayəsində təsvir edilir: “"Gecə ikən bəndəsini Məscidül-Haramdan, ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya ayələrimizi göstərmək üçün aparan Allah hər cür nöqsandan uzaqdır." (İsra, 17:1)Bu gecənin digər bir məqamı da "Məbəs" kimi tanınmasıdır.
Bu, Peyğəmbərin (s.ə.s) risalətinə başlanğıc verilən, "Oxu!" əmri ilə vəhyin gəldiyi bir dövrü ifadə edir.
Tam oxu
Xəbəri oxu