Oxuduğu məktəbə hücum etdi, 8 nəfəri öldürdü

17.11.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Çinin şərqindəki Tszyansu əyalətinin Yixing şəhərindəki peşə məktəbinə bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “Sinxua” polis rəsmilərinə istinadən məlumat yayıb.

Hücum yerli vaxtla saat 18:30 radələrində Vuxi İncəsənət və Texnologiya Peşə İnstitutunda baş verib.

Yixing İctimai Təhlükəsizlik Bürosunun yaydığı açıqlamaya görə, Xu soyadlı 21 yaşlı şübhəli hadisə yerində yaxalanıb və cinayəti etiraf edib.

Polisin məlumatına görə, məktəbi bu il bitirən Xu imtahanlarda uğursuzluğa düçar olduğu və buraxılış şəhadətnaməsini almadığına görə qəzəblənib və məktəbə qayıdaraq bu cinayəti törədib.

Hazırda araşdırma aparılır.//axar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью