Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
İbrahim Nəbiğlunun yeni kitabı nəşr olunub
Jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun “Oxumaq və Unutmaq Paradoksu” adlı yeni kitabı çapdan çıxıb. AYNA.AZ xəbər verir ki, bu barədə İ.Nəbioğlunun özü məlumat verib.
“Bir kitab yazmaq bəzən uzun bir söhbətə başlamaq kimidir. “Oxumaq və Unutmaq Paradoksu” kitabında elm, fəlsəfə, ədəbiyyat, musiqi, tarix və insan yaddaşı haqqında düşündüyüm mövzuları bir araya gətirmişəm. Bu, sadəcə oxumaq haqqında deyil; insanın özünü necə formalaşdırdığı haqqında bir kitabdır. Ümid edirəm ki, hər oxucu burada öz düşüncəsinə açılan bir qapı tapacaq”, - deyə İ.Nəbioğlu kitabı haqqında bildirib.
Kitab tezliklə “LIBRAFF” kitab mağazalarında olacaq.