Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır.”
Təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayan müstəqil Azərbaycanın banisi, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin bu fikirləri Astara Pedaqoji Kollecində 2026/2027-ci tədris ilində keçirilən Pedaqoji Şuranın ilk iclasında dilə gətirildi.
Kollecin direktoru, filologiya elmləri doktoru, Pedaqoji Şuranın sədri Kamran Kazımov iclası zamanı yeni tədris ilinin başlanması münasibətilə bütün kollektivi təbrik etdi və gündəlikdə duran məsələlər barədə Şura üzvlərinə ətraflı məlumat verdi.
Daha sonra “2026/2027-ci tədris ilinə hazırlığın vəziyyəti”, “2026/2027-ci tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulu planının icra vəziyyəti”, 2025/2026-cı tədris ilinin yay semestrinin gedişi və nəticələri, cari tədris ili üçün müəllimlərin tədris yüklərinin cari ildə qəbul planına uyğun təsdiqi haqqında Tədris işləri üzrə direktor müavini Fatimə Məmmədovanın, 2026/2027-ci tədris ilində sosial məsələlər haqqında Tədbirlər Planının müzakirəsi və təsdiqi haqqında Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynovanın hesabatları dinlənildi.
Şurada bir sıra cari məsələlər- Sillabusların, fənn proqramlarının hazırlıq vəziyyəti müzakirə olundu və qərarlar qəbul edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü