Oxumayan insan cahil insandır Deputat

08.05.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Gənclər özlərini davamlı inkişaf etdirməlidirlər və gələcəkdə uğurlu olmaq üçün onlarda bir neçə mühüm cəhət olmalıdır. Onlardan biri də zəngin dünyagörüşünə, yüksək intellektə malik olmaqdır. Mən dünyanı ədəbiyyatsız, fəlsəfəsiz təsəvvür edə bilmirəm".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirdi.

Millət vəkili vurğuladı ki, oxumayan gənc yüksək intellektə, zəngin dünyagörüşünə malik ola bilməz:

"Ona görə də oxumayan insan cahil insandır, dünyagörüşü məhdud insandır. Mən həmişə gənclərə deyirəm ki, siz ilk növbədə öz ədəbiyyatımızı, sonra isə mütləq şəkildə rus ədəbiyyatını, türk ədəbiyyatını və başqa ədəbiyyatları oxumalısınız. Bu da dünyagörüşü və intellektual səviyyə üçündür. Ona görə də həmişə gənclərə deyirəm ki, siz mütləq şəkildə bunları oxumalısınız. Həm də oxumaq sizin beyninizi həmişə oyaq saxlayacaq, beyninizi inkişaf etdirəcək. Bunu etməyəndə beyin də inkişaf etmir. Yəni bunu hər birimiz nəzərə almalıyıq".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью