Oyarzabal “Real Sosyedad”dan getmir: “Bura mənim evimdir”

25.06.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabal gələcəyi ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, İspaniya millisinin üzvü San-Sebastyan klubunda qalmaq istədiyini bildirib.

“Bunu min dəfə demişəm: “Real Sosyedad” və San-Sebastyan mənim evimdir. Bura mənim sığınacağım, böyüdüyüm yerdir. Bu gün dünya çempionatında olmağım üçün mənə imkanı məhz “Real Sosyedad” verib. Buna görə sakitəm, heç nəyi böyütmürəm. Müqavilənin uzadılması ilə bağlı hələ danışmamışıq. Sözləşməm iki ildən sonra başa çatacaq, hələ vaxta var”, – deyə Oyarzabal "Mundo Deportivo"ya açıqlamasında bildirib.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-cı ildən “Real Sosyedad”ın əsas komandasında çıxış edir. Oyarzabal 2025/26 mövsümündə La Liqada 34 oyuna 15 qol və 4 assistlə yadda qalıb.

Kloppdan Messiyə zarafatlı təbrik - “Məni məşhur etdin” Sergen Yalçından etiraf - “Levandovskini istəmədim” Montelladan istefa açıqlaması - “Getməyəcəyəm” Haiti 52 illik həsrətə son qoydu - DÇ-da yenidən qol sevinci Dubravkanın yeni klubu bəlli oldu - Premyer Liqada qaldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью