Oynadığım mövqe göstəricilərimə çox təsir etdi

22.03.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Mançester Siti" və İngiltərə millisinin futbolçusu Filip Foden DÇ-2026-nın 1-ci təsnifat mərhələsində keçirilən Albaniyaya qarşı matçdan (2:0) danışıb. 

QOL.az "Manchester Evening News"a istinadən xəbər verir ki, o deyib: 

"Məyusam ki, bu matçdan istədiyimi ala bilmədim. Mənim oynadığım mövqe göstəricilərimə çox təsir etdi. Nəzərə alsaq ki, ötən mövsüm Premyer Liqada ən yaxşı oyunçu idim və yarımmüdafiənin mərkəzində oynayırdım, hiss edirəm ki, bu mövqeyə uyğunlaşmaq çətin idi. Mən bir neçə mövqedə oynamağı bacaran futbolçulardanam, ona görə də çalışdım ki, bacardığım qədər işimin öhdəsindən gəlim. Düşünmürəm ki, İngiltərə yığması nə vaxtsa inkişaf edib və ya öz potensialını reallaşdırıb". 

Qeyd edək ki, Filip Foden sözügedən matçda əsas heyətdə meydana çıxıb və görüşün 74-cü dəqiqəsində əvəzlənib. O, həmin oyunda məhsuldarlığı ilə seçilməyib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью