Oynamayan futbolçunu xoşbəxt görmək istəmirəm Ançelotti Arda Gülerdən danışdı

27.02.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın türk yarımmüdafiəçisi Arda Gülerdən danışıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini AS belə çatdırıb:

"Onun hər gün bir qədər razı və ya bir qədər narazı olduğunu görürəm. Bu, normaldır. Oynamayan futbolçunu xoşbəxt görmək istəmirəm. Oyunçu çalışmalı, öyrənməli və oynamaq istəməlidir. Amma futbolçuların da mənim kimi düşünüb-düşünmədiklərini bilmirəm".

Xatırladaq ki, Arda "Real"a 2023-cü ilin yayında "Fənərbağça"dan transfer olunub. Cari mövsüm bütün turnirlərdə İspaniya nəhənginin forması ilə 27 matça çıxaraq 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, ümumilikdə 967 dəqiqə meydanda olub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью