Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur amerikalı müğənni Pink 20 illik evliliyinin bitməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib. Sənətçi yayılan xəbərləri təkzib edərək onlara zarafatla yanaşıb:
“Yeni öyrəndim ki, ərimdən boşanıram. Xəbərim yox idi. Məlumat üçün təşəkkür edirəm. Bunu uşaqlarımıza da deyərsiniz? 14 və 9 yaşlı övladlarımın da xəbəri yoxdur”.
Pink qeyd edib ki, onun boşanması əvəzinə real nailiyyətlərindən və ya Epşteyn sənədləri, sistemli irqçilik, idmanda qadınlara qarşı nifrət kimi daha ciddi mövzulardan danışmaq daha məqsədəuyğun olardı.
Xatırladaq ki, müğənninin həyat yoldaşı, motosiklet yarışçısı Karey Hart ilə yenidən ayrıldığı barədə məlumat bir gün əvvəl yayılmışdı. 2006-cı ildə ailə quran cütlüyün iki övladı var.