Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Asılılıq və ya aludəçilik insanın istifadə etdiyi zərərli maddə, alkoqollu içkilər və ya hər hansı bir davranış üzərində nəzarəti itirməsidir.
Təkrar-təkrar istifadə olunan zərərli bir maddə və ya nəzarətsiz həyata keçirilən davranış asılılıq riski daşıyır.
İnsanlar həyatda çox şeyə aludə ola bilərlər, alkoqol, narkotika, siqaret, qumar, texnologiya, hər hansı əşya və ya davranış.
Asılılıq bir çox faktorun bir araya gəlməsi nəticəsində yaranan arzuolunmaz bir vəziyyətdir.
İnsan doğulduğu andan öyrənməyə və ətraf aləmin təsirlərinə məruz qalmağa başlayır.
Bu müddət ərzində o, məruz qaldığı vəziyyətlərdən qorunmaq üçün bir mübarizə üsulu inkişaf etdirməlidir.
Onun inkişaf etdirdiyi bu mübarizə metodunun sağlam və ya zərərli olması, insanın yaşadığı mühit, valideyn münasibəti, sosial-mədəni mühitdən asılıdır.