Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Oyun keyfiyyətli olmasa da, gərgin mübarizə getdi.
Futbolçular çox güc itirdilər. Biz də kubokda oynamışdıq, “Zirə” də. Rəqibimizin kubok matçı 120 dəqiqə olmuşdu. Bəlkə dinamika yox idi.
Amma meydanda mübarizə getdi. Hər iki komanda 1 xala layiq idi. İki komanda da çox əziyyət çəkdi.
Oyundan-oyuna qarşımızda daha çətin, daha formalaşmış, daha geniş düşüncəli “Zirə” görürük. Rəşad Sadıqovdan hər oyunda sürpriz gözləyirik.
Oyunun gedişində hər dəfə bunu hiss edirik. Yaxşı rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” oyunu (1:1) sonrası deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb: – Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir?
– O, üç mövqedə oynamağı bacaran futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm “10 nömrə” kimi, həm də vinger kimi oynamağı bacarır.