Oyun həvəskarlarına şad xəbər: Xbox oyun modu Windows da

24.11.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Microsoft Windows" kompüterlərini oyun təcrübəsi baxımından "Xbox" səviyyəsinə gətirən yeni “Xbox oyun modu” funksiyasını təqdim edib.

Ölkə.Az-ın məlumatına görə, bu funksiya "Game Bar" vasitəsilə və ya "Win + F11" düymə kombinasiyası ilə aktivləşdirilir. Həmçinin "tapşırıqlar görünüşü"ndən də seçilə bilir. 

Yeni rejim sayəsində istifadəçilər siçandan istifadə etmədən oyun prosesinə davam edə bilirlər.

Bu xüsusiyyət hazırda yalnız "Windows Insider Dev" və "Beta" kanallarında sınaqdan keçirilir. Funksiyanın bütün istifadəçilərə 2026-cı ilin əvvəlində təqdim olunacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью